Xəbər lenti

Fransanın Azərbaycana münasibətdə yürütdüyü siyasət dəyişə bilərmi? (ŞƏRH)
Siyasət11:41 11.11.2021

Fransanın Azərbaycana münasibətdə yürütdüyü siyasət dəyişə bilərmi? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Fransanın sözügedən görüş fonunda Azərbaycana münasibətdə yürütdüyü siyasətində kordinal dəyişikliklərin baş vercəyinə inanmıram”.
Bunu Qaynarinfo-ya açıqlamasında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun YUNESKO-nun tədbiri çərçivəsində Parisdə Fransa Xarici İşlər naziri Jan İv Lö Drianla görüşü fonunda Yelisey sarayının Bakıya münasibətində dəyişikliyin olub-olmayacağı sualına cavabında deyib: 
"Artıq bir neçə aydır ki, Fransanın ölkəmizə münasibətində müəyyən dəyişikliklər hiss olunmaqdadır. Paris minalardan təmizləmə prosesi üçün Azərbaycana 500 min avroya yaxın pul da ayırdı. Amma Ceyhun Bayramovun bu səfəri Parisin Bakıya münasibətində ümumi, kordinal dəyişikliklərə gətirib çıxarmayacaq. Bütün variantlarda Fransanın 44 günlük müharibə dövründə tutduğu mövqe unudulmayıb”. 
Həmsöhbətimiz qeyd edir ki, Paris Minsk Qrupunda da yenə eyni ampulada qalmaqda davam edir:
"Fransanın da həmsədr olduğu Minsk Qrupu görüşlər keçirsə də, hələlik səfərləri baş tutmayıb. Həmçinin Minsk Qrupunun hansı gündəliklə öz fəaliyyətini qurmaq istədiyi də bəlli deyil. Rusiya Xarici İşlər Nazirliyi sonuncu bəyanatında Minsk Qrupunun regionda siyasi və geosiyasi məsələləri deyil, sırf sosial-iqtisadi və humanitar məsələlərin həllində rolunu vurğulayıb. Amma Parislə Vaşinqtonun bununla kifayətlənib-kifayətlənməyəcəyi sual altındadır. Kifayətlənməyəcəkləri təqdirdə onlar hansı addımları ata bilər və əllərində hansı mexanizmlər var? Fransa da daxil onların fəallığı məhz bunlardan asılı olacaq.
Azərbaycan 25 il ərzində öz diplomatiyasında ermənipərəst, Ermənistanla müttəfiq olan ölkələrin neytrallaşdırılması ilə məşğuldur. Azərbaycan bu fonda ermənipərəst Fransa kimi ölkələrlə münasibətləri qoruyub saxlamaqla, belə ölkələri neytrallaşdırmaq cəhdlərini davam etdirir. Bütün bunlara baxmayaraq, Fransanın sözügedən görüş fonunda Azərbaycana münasibətdə yürütdüyü siyasətində kordinal dəyişikliklərin baş vercəyinə inanmıram”.
Rüfət Sultan