Türkiyənin vitse-prezidenti Fuat Oktay evlənir.
Qaynarinfo "TRT Haber”ə istinadən xəbər verir ki, 58 yaşlı Fuat Oktayla Türkiyə Prezidentinin müşaviri, 46 yaşlı Hümeyra Şahinin nişanı baş tutub.
Cütlüyün nişan üzüklərini Prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan taxıb.
Qeyd edək ki, Fuat Oktay ilk həyat yoldaşından 2011-ci ildə boşanıb. Onun bu evlilikdən 3 övladı var.
