Xəbər lenti

Futbol izləyən zaman güllələndilər - 11 ölü
İdman17:58 06.11.2016

Futbol izləyən zaman güllələndilər - 11 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cənubi Sudanda naməlum şəxs futbol azarkeşlərinə atəş açıb.

"Report" xəbər verir ki, bu barədə "National Courier" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt yaxınlığındakı Cub şəhərində baş verib. Belə ki, bir qrup azarkeş İngiltərə Premyer Liqasının matçını izləyərkən naməlum şəxs onlara hücum edib.

Atəş zamanı 11 nəfər ölüb, daha 16 nəfər isə xəsarət alıb. Cinayəti törətmiş şəxs qaçaraq gizlənməyə müvəffəq olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qaynarinfo.Az