Braziliyalı əfsanə Pele əməliyyat olunduğu xəstəxanadan evə buraxılıb.
Qaynarinfo xəbər verir ki, "Futbol Kralı" ləqəbi verilən 80 yaşı keşmiş futbolçu bu haqda şəxsi feysbuk səhifəsində paylaşım edib: "Evə qayıtdığım üçün çox xoşbəxtəm". Xəstəxanada keçirdiyi dönəmdə ona dəstək olanlara təşəkkür etməyi unutmayan veteran futbolçu hər şeyin yaxşıya doğru getdiyini də söyləyib.
Sentyabrın 4-dən Sao Paoloda yerləşən "Albert Eynşteyn" adına xəstəxanada müalicəsini davam etdirən sabiq futbolçu bağırsağındakı xərçəng şişindən əməliyyat olunmuşdu.
Futbol tarixinin ən yaxşıları arasında göstərilən Pele Braziliya millisinin heyətində meydana çıxdığı 92 oyunda 77 qola imza atıb. O, FİFA-nın bayrağı altında keçirilən dünya çempionatlarının üçqat qalibi (1958, 1962, 1970) adını qazanmış yeganə futbolçudur.
Səbuhi Həsənov