İdman 17:53 23.05.2022

Futbol matçından sonra polislə azarkeşlər arasında silahlı insident

Xorvatiya çempionatının Zaqreb "Dinamo”su ilə "Hayduk” arasındakı matçından sonra polislərlə azarkeşlər arasında insident olub.

Qaynarinfo xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları "Hayduk” azarkeşlərinin hərəkətinə görə atəş açmağa məcbur olublar.

"Hajduk” azarkeşləri evə polisin müşayiəti ilə avtobus və avtomobillərdə getməliymiş. Lakin azarkeşlərin bir hissəsi dayanacaqdakı keçidi bağlayıb, buna görə kortej hərəkətini dayandırıb.

Polis onlardan yolu açmağı xahiş etsə də, onlar bundan imtina ediblər. Buna görə də hüquq-mühafizə orqanlarının əməkdaşları azarkeşlərə atəş açmaq məcburiyyətində qalıb. Polisin silaha əl atması iğtişaşa səbəb olub. 

Nəticədə on polis əməkdaşı və iki azarkeş yaralanıb. 

Polis iğtişaşda iştirak edən bütün fanatları yaxalaya bilib.

Seyid