Xəbər lenti

Futbol millimiz ABŞ-la bacarmadı - VİDEO
İdman04:52 28.05.2014

Futbol millimiz ABŞ-la bacarmadı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol millimiz yoldaşlıq oyununda məğlub olub.

ANS PRESS-in məlumatına görə, bu gün San-Fransisko şəhərindəki “Kandlestik Park” stadionunda ABŞ və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma Bakı vaxtı ilə mayın 28-də, saat 07:10-da başlayıb. Matçın 74-cü dəqiqəsinə kimi tərəflər qapıya yol tapa bilməyiblər.

ABŞ millisinin futbolçusu Miks Diskerud yığmamızın müqavimətini oyunun 75-ci dəqiqəsində qırıb. 1:0 önə keçən ABŞ yığmasının ikinci qolu isə 81-ci dəqiqədə Aron Yohanssondan gəlib.

Qeyd edək ki, Azərbaycan yığması ilə qarşılaşan ABŞ millisi gələn ay Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlaşır.

Qaynar.info