Xəbər lenti

Futbol üzrə 2013-cü ilin simvolik yığması məlum oldu
İdman19:30 13.01.2014

Futbol üzrə 2013-cü ilin simvolik yığması məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Simvolik yığmanın qapıçısı “Bavariya”nın qolkiperi Manuel Noyer seçilib

İsveçrənin Sürix şəhərində “Qızıl top” mükafatının təqdimetmə mərasimində futbol üzrə 2013-cü ilin simvolik yığmasına daxil olan futbolçuların adları məlum olub. 

ANS PRESS-in verdiyi məlumata görə, simvolik yığmanın qapıçısı “Bavariya”nın qolkiperi Manuel Noyer seçilib.

Müdafiəçilər: Filipp Lam (“Bavariya”), Serxio Ramos (“Real Madrid”), Tiaqo Silva (PSJ), Daniel Alves (“Barselona”).

Yarımmüdafiəçilər: Andres İnyesta (“Barselona”), Xavi (“Barselona”), Frank Riberi (“Bavariya”). 

Hücumçular: Kriştiano Ronaldo (“Real Madrid”), Zlatan İbrahimoviç (PSJ), Lionel Messi (“Barselona”). 

Qaynar.info