Xəbər lenti

Futbolçu gecə paltarında Mourinyo ilə görüşündən danşdı: "Məni yuxudan oyatdı"
İdman08:49 14.03.2022

Futbolçu gecə paltarında Mourinyo ilə görüşündən danşdı: "Məni yuxudan oyatdı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Liverpul"un yarımmüdafiəçisi Fabinyo Joze Mourinyo ilə yarıyuxulu halda necə tanış olduğunu açıqlayıb.
Qaynarinfo "Goal"a istinadən xəbər verir ki, o, "Real"la müqaviləyə imza atmazdan əvvəl Mourinyo ilə ilk görüşündə pijama ilə hazırlıq yaxalandığını bildirib.  "FourFourTwo"ya danışan futbolçu xatirəsini bu sözlərlə anladıb:
"Biz Portuqaliyaya gəldik, amma mən Rio Avedə cəmi iki-üç həftə qaldım.  Digər braziliyalılarla barbekü partisinə qatıldım. Sonra menecerim zəng edib dedi ki, "Real"a sağ cinah müdafiəçisi lazımdır və bununla maraqlanıb-maraqlanmadığımı bilmək istəyirlər. Növbəti gecə Lusio Araujo ("Çelsi" və "Barselona"nın sabiq yarımmüdafiəçisi Dekonun qardaşı) gəldi və əşyalarımı toplamalı olduğumu söylədi. Xorxe Mendes isə səhər saatlarında artıq şəxsi avtomobili ilə yolda idi. Ondan soruşdum ki, problem varmı? Heç kim bir söz demədi. Yola çıxanda Mendes Madridə getdiyimizi və "Real"la müqavilə imzalayacağımı söylədi. Bu xəbəri demək üçün Braziliyada yaşayan anama zəng etdim və o, ağlamağa başladı. Heç kim bu cür qısa müddətdə belə böyük bir şeyin olacağını gözləmirdi. Bu, mənim üçün çox xüsusi bir an idi. Madriddə otelə getdik və yatarkən kiminsə qapını döyməsi məni yuxudan oyatdı. Mən qapının göz dəliyindən baxdım və buna inana bilmədim. Mendes və Joze Mourinyo idi. Mən hələ də pijamamda idim, onunla görüşməyə heç hazır deyildim. Nə deyəcəyimi belə bilmirdim. O, məni qonaq etmək istəyirdi. Hələ də bir az utancaq idim və onunla belə görüşəcəyimi heç düşünməmişdim".
Fabinyo 2013-cü ildə "Real"da əsas komandada yer tapa bilmədiyi üçün yenidən Rio Aveyə qayıdıb və daha sonra "Monako"ya icarəyə verilib. 2015-ci ildə onu tamamilə "Monako"ya bağlayan müqaviləyə imza atan braziliyalı yarımmüdafiəçi 2018-ci ildə "Liverpul"a keçib. O, İngiltərə klubunda Yurgen Kloppun daim əsas heyətdə yer verdiyi oyunçu olub və indiyədək ümumilikdə 155 matça çıxıb. 
Səbuhi Həsənov