Xəbər lenti

Futbolçu topu çilədi, dava düşdü - VİDEO
İdman20:50 17.05.2014

Futbolçu topu çilədi, dava düşdü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Malaqa"lı futbolçunun meydanda sərgilədiyi hərəkətər rəqib oyunçuları əsəbləşdirib

"Malaqa"lı futbolçunun meydanda sərgilədiyi hərəkətər rəqib oyunçuları əsəbləşdirib. 

ANS PRESS-in məlumatına görə, "Qalatasaray"ın dövrə arasında "Malaga"ya kirayə verdiyi oyunçu Nordin Amrabat "Levante" ilə qarşılaşmada etdikləri ilə mübahisəyə səbəb olub. 

Amrabatın meydançanın yan xəttində topla hərəkətləri rəqib oyunçuları qıcıqlandırıb və ara qarışıb. Belə ki, mübarizənin 66-cı dəqiqəsində "Malaqa" 1-0 öndə olduğu vaxt Amrabat boş mövqedə topu çiləməyə başlayıb. Amrabatın bu hərəkətlərini hörmətsizlik olaraq xarakterizə edən "Levante"li Sissoko isə bir sonrakı mübarizədə "Malaqa"lı oyunçunu itələyərək yerə yıxıb. Bu əsnada meydançada ara qarışıb və hər iki komandanın ehtiyat oyunçuları və məşqçilər oyuna daxil olaraq mübahisənin qarşısını almağa çalışıblar.

Ancak oyunun hakimi mübahisələrdən sonra heç bir oyunçunu cəzalandırmayıb. Yalnız "Malaqa"nın baş məşqçisi Bernd Şuster tribunaya göndərilib.