Xəbər lenti

Futbolçunun ayağı qırıldı - VİDEO
İdman07:10 25.03.2017

Futbolçunun ayağı qırıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən İrlandiya-Uels oyununda meydan sahiblərinin kapitanı Şeymus Koulman ağır zədələnib.
APA-nın məlumatına görə, top uğrunda mübarizədə Uels yığmasının müdafiəçisi Nil Teylor İngiltərənin “Everton” klubunda forma geyən Şeymus Koulmanın sağ ayağına zərbə endirib.
Matçdan sonra  irlandiyalıların  baş məşqçisi Martın Onil Şeymus Koulmanın ayağının sındığını bildirib.
Qeyd edək ki, epizoddan sonra Nil Teylor birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İrlandiya-Uels matçı 0:0 hesabı ilə başa çatıb. 
Qaynar.Az