Xəbər lenti

Futbolun saatı dəyişdi: 23.45-də yox, 22.45-də...
İdman15:20 26.03.2017

Futbolun saatı dəyişdi: 23.45-də yox, 22.45-də...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhərdən etibarən Azərbaycanla Avropa arasında saat fərqi yenidən 2-yə enib.
Ötən ildən Azərbaycanda yay və qış vaxtına keçid ləğv olunduğundan bugündən əqrəb 1 saat irəli çəkilməyib.
"Qaynar" qol.az-a istinadən xəbər verir ki, bu səbəbdən martın 26-sı səhərdən başlayaraq, oktyabrın sonuncu bazar gününə qədər Avropa ölkələri ilə Azərbaycan arasında 2 saatlıq fərq olacaq. Bu isə o deməkdir ki, mühüm futbol oyunlarının başlama saatı da dəyişəcək.
Məsələn, UEFA Çempionlar Liqasının matçları mart-oktyabr aylarında Bakı vaxtı ilə əvvəlkitək saat 23.45-də deyil, 22.45-də, Avropa Liqasının görüşləri saat 22.00 və 00.05-də yox, 21.00 və 23.05-də başlanacaq.
Azərbaycanda yay və qış vaxtına keçid ləğv edildiyindən DÇ-2018-in bugünkü bəzi oyunları da 23.45-də deyil, Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.
Qaynar.Az