Xəbər lenti

Futurism.com: Bəşəriyyət yaxın 200 ildə Yer kürəsini tərk edə bilər
Dünya07:41 30.05.2022

Futurism.com: Bəşəriyyət yaxın 200 ildə Yer kürəsini tərk edə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İnsanlar növbəti 200 ildə doğma Yer kürəsini tərk edib kosmosda məskunlaşacaq qədər "ağıllı” olublar.
Qaynarinfo xəbər verir ki, bu qənaətə Futurism.com portalının sitat gətirdiyi bir qrup tədqiqatçı gəlib.
Alimlərin fikrincə, 2371-ci ilə qədər bəşəriyyət Kardaşev miqyasında I tip sivilizasiyaya çevrilə bilər. Sivilizasiyaların texnoloji səviyyəsinin təsnifləşdirilməsinin bu üsulu 1960-cı illərdə sovet astrofiziki Nikolay Kardaşev tərəfindən təklif edilib. Ona görə, sivilizasiyaların növlərinin bölünməsinin əsasını onların enerji sərfiyyatının səviyyəsi təşkil edir.
Tip I sivilizasiya öz planetində bütün əsas enerji formalarından istifadə etmiş "planet sivilizasiyasıdır”. II tip sivilizasiyalar "ulduzlu”dur və ana ulduzunun yaydığı bütün enerjini qəbul edib saxlamağı bacarmalıdır. III tip "qalaktik sivilizasiya" adlanır və bütün qalaktikanın istehsal etdiyi enerjinin böyük hissəsini idarə edə bilir.
Bununla yanaşı, alimlər istisna etmirlər ki, nəslimiz öz əlləri ilə yaradılan iqlim və ya digər təbii fəlakətlərin qarşısını almaq üçün istər-istəməz Yer kürəsini tərk etməli olacaqlar. "Ç saatını” geriyə çəkmək üçün insanlar mədən yanacaq istehlakını azaltmalı, nüvə və bərpa olunan enerji mənbələrindən istifadəni artırmalıdırlar.
Alpər