Xəbər lenti

Gədəbəydə yük maşını çaya aşıb, 2 nəfər ölüb
Ölkə10:18 23.11.2019

Gədəbəydə yük maşını çaya aşıb, 2 nəfər ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 22-də saat 10 radələrində Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi "ZİL-131” markalı avtomobili çaya aşırıb.
Nəticədə Ş. Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.