Xəbər lenti

Gələcəkdə avtomobil sürmək qadağan ediləcək
Dünya19:42 19.03.2015

Gələcəkdə avtomobil sürmək qadağan ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İnsanların avtomobil sürməsinə icazə  verilməyəcək”.  

Axar.az xəbər verir ki, bu açıqlama ilə “SpaceX” və “Tesla” şirkətlərinin İdarə heyətinin sədri, texnologiyanın dahi adlarından Elon Musk çıxış edib. 

O, sürücüsüz avtomobillər vasitəsilə yollarda qəzaların sayının daha da azalacağını bildirib:   “Almaniya və İngiltərədə sınaqdan keçirilən sürücüsüz avtomobillər gələcəkdə insanların sürücülük qabiliyyətini üstələyəcək. Uzaq gələcəkdə insanların sükan arxasına keçməsi qanunla qadağan oluna bilər. Çünki iki tonluq ölüm maşınını insanların idarə etməsi çox təhlükəlidir. Sürücüsüz avtomobillər bu təhlükəni aradan qaldıracaq. İnsanın olduğu hər yerdə qəza riski var. Gələcəkdə yalnız bir düyməni sıxmaqla istənilən yerə rahatlıqla gedə biləcəksiniz. Avtomobilinizə “bura gəl, ora get, bunu et” demək mümkün olacaq”.

Qaynar.info