Xəbər lenti

Gələn həftədən kolleclərə sənəd qəbulu başlayır
Ölkə15:17 10.08.2023

Gələn həftədən kolleclərə sənəd qəbulu başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 14-ü saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, müraciətçilər "portal.edu.az" saytı üzərindən qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.