Xəbər lenti

Gəlini "Qaz-24" karvanı ilə gətirdilər (VİDEO)
Ölkə16:50 07.01.2018

Gəlini "Qaz-24" karvanı ilə gətirdilər (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtdan Bakıya gəlin gətirən toy karvanı görənlərin marağına səbəb olub. On bir ədəd "Qaz-24" avtomobilin olduğu karvan bəylə gəlini müşayiət edib.
Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət paytaxt sakini 32 yaşlı Əli Süleymanlının toy mərasimindən gedir.
Sumqayıtdan gəlin gətirməyə gedən karvandakı bütün maşınlar "Qaz-24" markalı minik avtomobili olub. Bu ideyanı bəyin böyük qardaşı Çingiz Suleymanlı irəli sürüb. Bəy də ideyanı bəyəndiyi üçün Çingizin dostları öz "Qaz-24" avtomobillərindən ibarət karvan təşkil ediblər.
Bəyin atası Tahir Süleymanlı deyir ki, qeyri-adi toy karvanı qız evi tərəfindən də müsbət qarşılanıb. Onlar hətta, sifariş verdikləri digər maşınlardan imtina ediblər.
"Qaz-24" avtomobillərindən ibarət toy karvanı ətrafdan onu görən hər kəsdə maraq oyadıb.
Karvanda əvvəlcədən 15 avtomobilin iştirakı planlaşdırılıb. Lakin sonradan bəzi səbəblərdən onların sayı 11-ə endirilib.