Xəbər lenti

Gəlinin atası toyda bıçaqlandı - Mingəçevirdə
Ölkə15:20 01.02.2015

Gəlinin atası toyda bıçaqlandı - Mingəçevirdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mingəçevir şəhərində toy mərasimində baş verən dava bıçaqlanma ilə nəticələnib.
APA-nın məlumatına görə, mərasim zamanı spirtli içki qəbul etmiş qohumlar arasında dava zamanı gəlinin atası, Qax rayonu Çüdüllü kənd sakini, 1972-ci il təvəllüdlü Əhmədov Şahin Süleyman oğlu bıçaqlanıb.
O, təcili Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib.
Hadisəni bəyin qohumu Murad adlı şəxs tərəfindən törədildiyi bildirilir.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qaynar.info