Xəbər lenti

Gənc qız damarlarını kəsdi
Ölkə12:46 25.07.2013

Gənc qız damarlarını kəsdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncə sakini intihara cəhd edib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü A. Hüseynova ağır zəhərlənmə və bilək nahiyələrində damarlarının kəsilməsi diaqnozu ilə xəstəxanaya daxil olub. Təcili müayinə və müalicə nəticəsində 23 yaşlı qızı həyatda saxlamaq mümkün olub. Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, gənc qızın başı ağrıdığı üçün o 5 ədəd adını bilmədiyi dərman həbi qəbul edib. Ağrılarının kəsmədiyin görən A. Hüseynova ülgüc ilə bilək nahiyəsində olan damarlarını kəsib.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

Qaynar.info