Xəbər lenti

Gənc şairin imza günü keçiriləcək
Sənət12:17 11.03.2019

Gənc şairin imza günü keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Yazarlar Birliyinin üzvü, gənc şair Ümid Nəccarinin "Qaranlığın fotosu” adlı (sayca üçüncü) şeirlər kitabı işıq üzü görüb.
Kitabda müəllifin son illərdə qələmə aldığı poetik nümunələri toplanıb.
Sözügedən kitabın ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru Azər Turan, redaktoru Emil Rasimoğlu, məsləhətçisi Səlim Babullaoğlu, korrektoru İlahə Eldarqızıdır.
Qeyd edək ki, 16 Mart, saat 13-00-da Milli Elmlər Akademiyasının "Akademkitab” kitab evində kitabın təqdimat mərasimi keçiriləcək.
(Ünvan: Bakı Dövlət Universitetinin və "Elmlər Akademiyası” metrosunun yeni çıxışının yanı.)