Sənət 14:16 17.05.2023

Gənc Tamaşaçılar Teatrının baş rejissor müəmmasının həllini tapa bilmir

"Əməkdar artist Nicat Kazımovun Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin edilməsi ilə bağlı təklifimə Mədəniyyət Nazirliyindən heç bir münasibət bildirilməyib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Yasin Qarayev deyib. Aktyor sözügedən təklifin sosial şəbəkə üzərindən edildiyini vurğulayıb:
 
"Mənim Mədəniyyət naziri Adil Kərimliyə sosial şəbəkə vasitəsi ilə göndərdiyim müraciətə cavab verilməyib. Təklifə ictimaiət nümayəndələri, aktyorlar münasibət bildirir. Hətta ayrı-ayrı teatrların aktyorlar da dəstək verir, amma bir də var rəsmi münasibət. Bu günə kimi müraciətimə nazirlikdən cavab almamışam”. 

Yasin Qarayev vurğulayıb ki, elə bu gün həmin təklifi rəsmi qaydada, aktyorların  imzası ilə Mədəniyyət Nazirliyinə göndərəcək:
 
"İstəyirik müraciətə aktyorlar imza atsın və ondan sonra nazirliyə ünvanlayaq”. 

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Yasin Qarayev bir neçə gün öncə Nicat Kazımovun sözügedən mədəniyyət ocağına baş rejissor təyin olunması ilə bağlı Mədəniyyət nazirinə müraciət ünvanlayıb. 

Bahar Rüstəmli