Xəbər lenti

Gənc yazar romanını psixi xəstəxanada təqdim etmək istəyir
Sənət09:56 01.03.2024

Gənc yazar romanını psixi xəstəxanada təqdim etmək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yaz aylarında yeni kitabımı çap etmək istəyirəm. İlk romanım olacaq. Əsər avtobioqrafikdir. Adı "Vunq Tau dəlisi"dir.
Bu sözləri Ednews-a açıqlamasında yazar Oğuz Ayvaz deyib. Onun sözlərinə görə, roman 8 il müddətində yazılıb:
"Nəhayət romanı yekunlaşdırdım. Kitabın redaktoru yazıçı Ataqamdır. Çox istərdim ki, kitabın təqdimatı psixi xəstəxanada gerçəkləşsin. Roman yeniyetmə bir oğlanın ruhi sarsıntı keçirib psixi xəstəxanaya düşməsindən bəhs edir”.
Qeyd edək ki, Oğuz Ayvazın bundan öncə şeirlər kitabı nəşr edilmişdi.