Xəbər lenti

Gəncə 2014-cü ili necə qarşılayır?
Ölkə13:19 30.12.2013

Gəncə 2014-cü ili necə qarşılayır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin tükənməz diqqət və qayğısı, hərtərəfli köməyi və dəstəyi sayəsində Şeyx Nizami yurdu Gəncə Yeni ili zəngin tarixi hadisələrlə, şəhərimizin həyatında böyük yeniliklərlə, qələbələrlə qarşılayır.

30 dekabr 2013-cü ildə YAP Gəncə şəhər Təşkilatının Qərargahında keçirilən şəhər fəallarının ümumi yığıncağında il ərzində əldə edilən uğurlardan, möhtəşəm nailiyyətlərdən geniş söhbət açıldı. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirdi ki, 2013-cü il ölkəmizin, eləcə də şəhərimizin həyatında ən uğurlu illərdən biri olaraq yadda qalacaq. 

Paytaxt Bakı ilə yanaşı, regionlarda  da sürətli inkişaf və tərəqqi insanların rifah halının yüksəlməsinə, firavanlığının təmin olunmasına şərait yaradıb. Azərbaycanın ikinci böyük şəhəri Gəncədə də sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində yüksək göstəricilər, müvəffəqiyyətlər qazanılıb. Mühüm obyektlər tikilib istifadəyə verilib, məktəblər, uşaq bağçaları, tarixi abidələr təmir və bərpa olunub, geniş abadlıq-quruculuq işləri, yaşıllıqlar şəhərin görkəmini tamamilə dəyişib. 

Küçə və prospektlər, park və xiyabanlar yenidən qurularaq, gəncəlilərin rahatlığında müstəsna əhəmiyyət kəsb edir. İlin son bir neçə günü ərzində Gəncə Regional “Asan Xidmət” Mərkəzinin, 1500 köçkün ailəsi üçün yeni salınmış şəhərciyin, Yevlax-Gəncə və Gəncə Dairəvi Avtomobil yolunun, Gəncə Dəmiryol vağzalının, Uşaq Yaradıcılıq Mərkəzinin, Gəncə şəhər N. Nərimanov adına 25 saylı orta məktəbin, Mirzə Şəfi Vazeh adına 16 nömrəli məktəbin açılışları, bu unudulmaz hadisələrin davamı olaraq, şəhərin baş meydanında gəncəlilərin əhval-ruhiyyəsinə şuxluq gətirən, böyük tamaşaçı izdihamı və coşqusu, atəşfəşanlıqla müşahidə olunan Türkiyənin tanınmış müğənnisi Ferhat Göçerin, xalq artisti Aygün Kazımovanın möhtəşəm konsert proqramı Gəncənin zəfər notlarının təcəssümü oldu.

Tədbirdə 2014-cü ildə qarşıda daha məsuliyyətli və mühüm vəzifələrin durduğu, qələbələrin davamlı olacağı vurğulanıb. 

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bütün gəncəliləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edib, Vətənimizin, doğma şəhərimizin inkişaf və tərəqqisi naminə onlara səmərəli fəaliyyətlərində uğurlar arzulayıb. 

Sonda Gəncənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak edən və layiqli xidmətləri olan şəhər fəallarından bir qrupuna Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.//“Yeni Gəncə” qəzeti