Xəbər lenti

Gəncə hadisələrinə görə həbs olunanlardan biri də azadlıqda
Ölkə15:18 30.08.2019

Gəncə hadisələrinə görə həbs olunanlardan biri də azadlıqda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Apelyasiya Məhkəməsində Gəncə hadisələrinə görə tutulan daha bir qrup şəxsin - Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin apellyasiya şikayətlərinə baxılıb.
Qaynarinfo unikal.org-a istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Nemət Heydərlinin şikayəti təmin edilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Digər təqsirləndirilən şəxslərin isə cəzaları azaldılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Apelyasiya Məhkəməsi Gəncə hadisələrində təqsirləndirilən Elvin Əliyevin də azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.