Xəbər lenti

Gəncədə avtobus qəzası: yaralı var (FOTO)
Ölkə19:52 25.07.2019

Gəncədə avtobus qəzası: yaralı var (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın yerli bürosu xəbər verir ki, avtoqəza Şah İsmayıl Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində qeydə alınıb.
Belə ki, 30 yaşlı Orxan adlı sürücünün 1 saylı şəhərdaxili xətt marşrutu üzrə idarə etdiyi "Hyundai” markalı mikroavtobus "Shacman” markalı yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü xəsarət alıb. Xəstəxanaya yerləşdirilən sürücünün vəziyyəti orta-ağır kimidir.
Hadisə şahidlərin sözlərinə görə, yük maşını işıqforun qırmızı işığında yolu keçərkən mikroavtobusun yoluna çıxıb. Ancaq həmin vaxt mikroavtobusda sərnişin olmayıb.
Yol qəzasının təfərrüatları araşdırılır.