Xəbər lenti

Gəncədə işə düzəltmə dələduzluğu
Ölkə 16:16 01.03.2025

Gəncədə işə düzəltmə dələduzluğu

Vətəndaşları dövlət qurumlarında işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən daha bir şəxsə hökm oxunub. 

Qaynarinfo xəbər verir ki, təqsiləndirilən T.Q. Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunub. 

Hakim Asif Əliyevin çıxardığı hökmə əsasən, T.Q. 3 il müddətinə azadlıqdan məhrum edilib. 

İş materiallarından məlum olur ki, T.Q. Gəncə Dəmiryol Xəsətəxanasının həkimindən 12500 manat alaraq onun oğlunu dövlət şirkətlərinin birində işə düzəlməsinə kömək edəcəyini bildirib. 

Bundan başqa, o, başqa bir şəxsi 9000 manat müqabilində Gəncədə fəaliyyət göstərən məktəblərdən birinə işə düzəldəcəyini vəd edib. 

Lakin sonradan məlum olub ki, deyilənlər sadəcə quru vəddir. 

Vətəndaşlar hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra T.Q. saxlanılıb və ona yuxarıda qeyd edilən maddələrlə ittiham irəli sürülüb. 

T.Q. məhkəmədə elan olunmuş ittihamla özünü təqsirli bilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->