
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin "Yeni Gəncə" yaşayış massivindəki istirahət mərkəzlərindən birində yanğın baş verib.
İlkin ehtimallara görə, yanğın istirahət mərkəzinin mətbəxində baş verib. Yanğınla əlaqədar "Yeni Gəncə" yaşayış massivinə verilən elektrik enejisi müvəqqəti olaraq kəsilib.Yanğının dəqiq səbəbləri aparılan araşdırmadan sonra məlum olacaq.
Qaynar.info