
Bu gün Gəncə şəhəri 2016-ci il Avropanın Gənclər Paytaxtı seçilib
Gəncə şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsili ocaqları, idarə, müəssisə və təşkilatların kollektivləri Gəncənin 2016-cı il Avropanın Gənclər paytaxtı seçilməsi münasibətilə şəhər yürüşü təşkil edib.
Gəncənin gəal gəncləri əllərində Azərbaycan bayraqları və 2016-cı il Avropanın gənclərpaytaxtı Gəncə yazılar şüarlarla şəhərin müxtəlif küçə və prospektlərini gəziblər.
Gəncənin baş meydanında isə bayram münasibətilə konsert proqramı təşkil edilib. Gəncə Dövlət Filarmaniyasının xalq çalğı alətləri ansambılı solistləri və şəhərin tanınmış incəsənət ustaları ifa etdikləri bayramsayağı mahnılarla tədbirə rəngarənglik qatıblar.
Qaynar.info







