Bir sıra adlar var ki, tələffüzü gülüş doğursa da, valideynlər tərəfindən bu cür adlar öz övladlarına ya verilib, ya da istək geri çevrilib.
Qaynar.info Kəpəz TV-yə istinadən xəbər verir ki, İngilis, Afser, Sovet, Durxanım, Türməxanım, Xırdaxanım, Arxabala, Taktak, Dilqat, Bombahadur, Dayandur, Qızqayıt, Dandili, Pompulu və sair kimi adlar məqsədə uyğun olamasa da, yaxın keçmişdə doğulan uşaqlara qoyulan adlardır. Bu cür adlar sırasına Gəncədə 2013-cü ilin son statistikası olan Diləndər, Xiyar, Xiyarə və Fındıq kimi müraciətləri daxil etmək olar.