Xəbər lenti

Gəncədə qonaq intihara cəhd etdi
Ölkə11:03 22.06.2013

Gəncədə qonaq intihara cəhd etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

31 yaşlı qadın özünü 3-cü mərtəbədən atıb

Gəncə şəhərində yaşayan bacısının evinə qonaq gələn 31 yaşlı qadın özünü 3-cü mərtəbədən ataraq intihar etmək istəyib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın Qərb bürosuna verilən məlumata görə, Kəlbəcər rayon sakini, hazırda Goranboyun Qaraçinarlı kəndində məskunlaşan 1982-ci il təvəllüdlü Mehbarə İsmayılova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Aparılan araşdırmalar zamanı məlum olub ki, qadın 8 ildir əsəb xəstəliyindən əziyyət çəkir və müalicə almaq üçün Gəncənin 38 saylı hərbi şəhərciyində yaşayan bacısı evinə qonaq gəlib.

Heç bir əsas olmadan özünü öldürmək istəyən qadın binanın 3-cü mərtəbəsindən özünü yerə atıb. Dərhal xəstəxanaya çatdırılan M.İsmayılovaya tibbi yardım göstərilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.