Xəbər lenti

Gəncədə Şah Abbas məscidində niyə azan verilmir?
Ölkə15:53 19.04.2017

Gəncədə Şah Abbas məscidində niyə azan verilmir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncənin Şah Abbas məscidində dünən axşam və bu gün azan verilməməsinin səbəbi açıqlanıb.

"Qaynar" Apa-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev bildirib ki, buna səbəb azanın səsləndirildiyi qurğunun xarab olmasıdır.

Şöbə müdiri qeyd edib ki, dini icma tərəfindən həmin qurğu təmirə göndərilib və artıq bərpa olunub: “Səsgücləndirici qurğu sıradan çıxdığı üçün bu gün səhər və günorta namazlarında azan səsləndirilməyib. Heç bir problem yoxdur, bu gün axşamdan məsciddə azan veriləcək. Sadəcə, bəzi dindarlar bundan xəbərsiz olduqlarına görə narahatlıq keçirmişdilər, biz də onları məlumatlandırdıq”.

Qaynar.Az