Xəbər lenti

Gəncədə Şah Abbas məscidindən “Quran” oğurlandı
Ölkə05:27 30.01.2020

Gəncədə Şah Abbas məscidindən “Quran” oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhərində məsciddən oğurluq olub.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, şəhərdə yerləşən Şah Abbas məscidindən oğurluq edilib.
Məlumata görə, məsciddən "Qurani Kərim” kitabı və 110 manat pul oğurlanıb.
Hadisəni bir və ya birdən çox şəxsin törətdiyi hələ məlum deyil, araşdırma aparılır.
Qeyd edək ki, Şah Abbas məscidi (və ya Gəncə Cümə məscidi) Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir.