Xəbər lenti

Gəncədə  xəstəxanada yanğın ciddi təşvişə səbəb oldu
Ölkə23:03 21.07.2025

Gəncədə xəstəxanada yanğın ciddi təşvişə səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhərində Abbas Səhhət adına Birləşmiş Xəstəxananın həyətində yanğın baş verib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, xəstəxananın həyətində formalaşan tibbi tullantılar naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.
Alov və tüstü tibb müəssisəsində ciddi təşvişə səbəb olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın qısa müddətdə söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.