Xəbər lenti

Gəncənin keçmiş rəisinə yüksək vəzifə
Ölkə08:02 02.02.2013

Gəncənin keçmiş rəisinə yüksək vəzifə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışmış polis general-mayoru Rasim Musayev DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Bu barədə DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

Nazirin digər əmri ilə DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsində çalışan polis polkovniki Möhübbət Hüseynov Lənkəran şəhər Polis Şöbəsinə rəis təyin olunub. Lənkəran şəhər Polis Şöbəsinə rəisi polis polkovniki Elxan Əliyev DİN-in sərəncamına götürülüb.

Qeyd edək ki, bir müddət öncə Rasim Musayev öz xahişi ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən getmişdir.

Trend