Xəbər lenti

Gənclərin karyerada özünüifadə bacarıqları inkişaf etdirilib
Ölkə14:36 10.10.2023

Gənclərin karyerada özünüifadə bacarıqları inkişaf etdirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gənclər üçün təşkil olunmuş "Karyerada özünüifadə bacarıqları” layihəsi yekunlaşmışdır. Layihəni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan İncəsənət Məktəbi və "Human Development Center”in təşkilatçılığı ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi həyata keçirib.
UYD xəbər verir ki, Bakı şəhərində icra olunan layihə gəncləri karyera həyatına hazırlamaq, onların özlərini olduğu kimi ifadə etmək üçün bacarıq və səriştələrini artırmaq ideyasını daşıyıb. 
Layihədə gənclərin özünü ifadə bacarıqlarının artırılması üçün qeyri-formal təhsil metodlarından, praktiki məşğələlərdən istifadə edilib, 16 təlim təşkil edilib. Təlimlər Dövlət Məşğulluq Agentliyinin əməkdaşları Pərviz Əfəndizadə, Mikayıl Tağıyev, əməkdar artist Yaqut Paşazadə, şəxsi inkişaf mütəxəssisi Murad Məmmədov, layihə rəhbəri Fərhad Abdulov tərəfindən tədris edilib. Layihəyə 22 nəfər karyera həyatına hazırlaşan, həmçinin iş həyatına yeni başlayan gənclər, tələbələr və məzunlar cəlb olunub.