Xəbər lenti

“Genderə baxış bucağı” adı altında informativ seminar keçirilib
Ölkə11:05 02.07.2015

“Genderə baxış bucağı” adı altında informativ seminar keçirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

30 iyun 2015-ci il tarixində Menecerlərin İnkişafı Lahihəsi (MİL) nəzdində fəaliyyət göstərən Gender Klubu tərəfindən “Genderə baxış bucağı” adı altında informativ seminar keçirilib. 

İki hissədən ibarət olan təlimin birinci hissəsində Ümid partiyasının Gender şöbəsinin sədri Həcər Abbaslı tərəfindən iştirakçılara gender anlayışı və tarixi barədə geniş məlumat verildi. Növbəti hissədə isə eyni klubun üzvü olan Vahid Əli ilə birlikdə gənclər arasında mövzuya aid müzakirələr aparıldı və iştirakçıların suallarına cavab verildi. Fəal gənclər və təcrübəli təlimçinin rolu sayəsində Gender klubunun ilk tədbiri uğurla başa çatdı.

Menecerlərin İnkişafı Layihəsi (MİL) haqqında: Menecerlərin İnkişafı Layihəsi (MİL) gənclərin könüllü ictimai təşəbbüsü olaraq fəallıq, peşəkarlıq, azad düşüncə, dözümlülük və plüralizmi əsas dəyər kimi mənimsəmiş menecerlər yetişdirir. MİL-in əsas məqsədi ictimai təşkilatlar və layihələrin idarə edilməsində gənclərin mütəxəssis kimi formalaşmasına dəstək olmaq və vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir. 

Biz inanırıq ki,

- Cəmiyyətin gələcəyini onun fəal gəncləri müəyyən edir. Bu mənada, hər bir ictimai fəaliyyət və təşəbbüs həmin cəmiyyətin inkişafı üçün atılmış bir addımdır;

- İctimai fəalların sosial işlərdə və ictimai layihələrin idarəedilməsindəki peşəkarlığı həmin cəmiyyətin inkişaf meyarıdır;

- Cəmiyyəti gələcəyə götürən ictimai aktivlərin azad düşüncəsi cəmiyyətin azadlıq təminatıdır;

- Biz bütün fərqliliklərin bir arada fəaliyyət göstərə biləcəyi, qarşılıqlı hörmətin olduğu vətəndaş cəmiyyəti istəyirik və buna görə də işlərimizlə dözümlülük və plüralizm mühiti yaradırıq. 

Aramıza qatılmaq istəyənlər bu linkə daxil olaraq üzvlük anketini doldura bilərlər 

Qaynar.info