“Mənim Ali məhkəməyə müraciət etmək hüququm var və bundan istifadə edəcəm”.
Qaynar.info-nun məlumatına görə, bunu “Qafqazinfo”ya açıqlamasında general-mayor, Azərbaycan Silahlı Qüvvələri Akademiyasında qərargah xidməti kafedrasının rəisi Lənkəran Əliyev Bakı Apellyasiya Məhkəməsinin qərarına münasibət bildirərkən deyib.
L. Əliyev qeyd edib ki, məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin olunmayıb və məhkəmə evin tamamilə boşaldılması barədə qərarı qüvvədə saxlayıb: “Mənim başqa çıxış yolum yoxdur. Ali Məhkəməyə kassasiya şikayəti verəcəm və onun nəticələrini gözləyəcəm. Kassasiya şikayətini isə iki ay müddətində verməliyəm”.
Qeyd edək ki, Müdafiə Nazirliyi 2012-ci ildə də Lənkəran Əliyev və onun ailə üzvlərinə qarşı iddia qaldırıb. Həmin iddiada L.Əliyevə məxsus mənzilin bir hissəsinin boşaldılması və mənzilin orderinin etibarsız hesab edilməsi istənilib.