Xəbər lenti

General: “Səfər Əbiyevin töhmətlərinə əhəmiyyət vermirəm”
Ölkə10:17 23.10.2013

General: “Səfər Əbiyevin töhmətlərinə əhəmiyyət vermirəm”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynar.info Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin komandirigeneral-leytenant Rövşən Əkbərovun müsahibəsini təqdim edir:

Oktyabrın22-də hökumətin yeni tərkibini formalaşdıran prezident İlham Əliyevgeneral-polkovnik Səfər Əbiyevi müdafiə naziri postuna təsdiqləməyib, buvəzifəyə daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanıZakir Həsənovu təyin edib. Dövlət başçısı həmin gün Zakir Həsənovageneral-polkovnik hərbi rütbəsi də verib.

General-leytenantRövşən Əkbərovla müsahibə zamanı “Media forum” saytının ona ünvanladığıilk sual bu haqda olub. Rövşən Əkbərov deyib:

- Prezident, alibaş komandan İlham Əliyev həmişə olduğu kimi yenə də çox düzgün qərarlarqəbul edib. Biz yeni müdafiə naziri Zakir Həsənovu peşəkar, düzgün,təmiz, intizamlı və yaxşı bir zabit kimi tanıyırıq. Hesab edirəm ki,dövlətimiz və ordumuz üçün gözəl işləyəcək. Vətəninə, prezidentinə, alibaş komandanına canla-başla xidmət etmək istəyən hər bir generalınəl-qolu yenidən açıldı, imkanlar yarandı. Yeni nazirə uğurlararzulayıram.

- Zakir Həsənovu çoxdan tanıyırsınız?
-Zakir Həsənov da, mən də Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, dahasonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmişik, oranınməzunuyuq. Bu təhsil ocaqlarını bitirənlərin hamısı bir-birini tanıyır.Təbii ki, Zakir Həsənovu çoxdan tanıyıram.

- Sizcə, yeni müdafiə nazirinin qarşısında duran əsas vəzifələr hansılardır? Orduda nə dəyişməlidir?

-Hesab edirəm ki, əsas vəzifələr ali baş komandanın tapşırıqlarınıvaxtında, düzgün yerinə yetirmək, təmiz işləmək, ordunun döyüşhazırlığını yüksək səviyyəyə çatdırmaqdır. Eyni zamanda ali baş komandanəmr verdiyi an torpaqlarımızı işğaldan azad etməyə hazır olmaqdır. Bizzabitlər, əsgərlər, bütün ordu hər an buna hazır olmalıyıq.

Vacibişlərdən biri də zabitlərin, əsgərlərin şəraitininyaxşılaşdırılmasıdır. Biz yeni nazirdən şəraitimizin yaxşılaşdırılmasınıgözləyirik. Elə etməliyik ki, hər bir valideyn uşağını əsgərliyəgöndərəndə arxayın olsun, narahatlıq keçirməsin və bilsin ki, övladıyaxşı şəraitdə qulluq edir və sağ-salamat evinə qayıdacaq.

-Yəqin ki, yeni nazirin Müdafiə Nazirliyinin kollektivinə və ordurəhbərliyinə təqdim olunması mərasimində iştirak etmisiniz. Ordurəhbərliyi bu təyinatı necə qarşıladı? Əhval-ruhiyyə necədir?

-Bəli, həmin mərasimdə iştirak etdim. Gözəl mərasim keçdi. Yeni nazirintəyin və təqdim olunmasından hamı çox razı qaldı, şad oldu. Çox gözələhval-ruhiyyə var, hamı çox şaddır. Bütün zabitlər tapşırıqlarıcanla-başla yerinə yetirəcəklər. Generallarımız məmnundur. Başqa cür olada bilməz, çünki yeni nazirin təyin olunması ali baş komandanınqərarıdır.

- Ordu rəhbərliyində başqa dəyişiklik var?

- Hamı yerindədir, başqa dəyişiklik yoxdur.

- Rövşən müəllim, Səfər Əbiyevlə sizin münasibətləriniz yaxşı deyil. Vida mərasiminiz necə keçdi?

- Hamı necə görüşüb vidalaşdısa, mən də elə. Salam, sağ ol.

- Sizinlə Səfər Əbiyevin münasibətlərinin yaxşı olmamasının əsas səbəbi nədir, aranızda problem ilk növbədə nədən yaranmışdı?

- Bunu onun özündən soruşarsınız.

- 2013-cü ilin yanvar ayında Səfər Əbiyev sizə töhmət verib. Həmin töhmət üzərinizdə qalıb, yoxsa götürülüb?

- Mən ona və onun töhmətlərinə fikir, əhəmiyyət vermirəm. Heç bilmirəm töhmət qalır, yoxsa götürülüb.

-Avqust ayında prezident İlham Əliyev Şəmkirə səfər edəndə Şəmkir hərbibirləşməsinin qərargahına baş çəkdi, yaradılan şəraitlə tanış oldu. AmmaSəfər Əbiyev Şəmkirə getməmişdi. Bu nəylə bağlı idi?

- Bunun səbəbini onun özündən soruşarsınız.

- Sizin Daxili Qoşunların komandanı vəzifəsinə təyin olunacağınıza dair məlumatlar yayılıb. Belə bir təyinat gözlənilirmi?
-Mənə dedilər ki, kimsə belə bir məlumat yayıb. Mənim heç nədən xəbərimyoxdur. Yeni nazirin təqdimat mərasimində iştirak etmək üçün Bakıyagəlmişəm. İndi də Şəmkirə - iş yerimə qayıdıram.

İmdad Əlizadə, Mediaforum