İdman 15:37 20.02.2023

"Gent" - "Qarabağ" matçına biletlərin qiyməti açıqlandı

"Qarabağ" Belçikada komandanı dəstəkləmək istəyən azarkeşlərə səslənib.
 
Qaynarinfo-nun məlumatına görə, "Gent" - "Qarabağ" matçını canlı izləmək üçün Belçikaya yollanan azarkeşlər G sektorunda yerləşəcək. Biletləri də oyun günü - fevralın 23-ü 19:00-dan 21:00-dək "KAA Gent" stadionunun G qapısından ala biləcəklər.
 
Biletlərin qiyməti 32 avrodur. Bilet alarkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək vacibdir. Ödəniş nağd və kartla qəbul ediləcək. 
 
UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması fevralın 24-ü Bakı vaxtilə saat 00.00-da olacaq. 
 
Səbuhi Həsənov