İdman 16:06 21.02.2023

"Gent" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq "Gent" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.
 
Qaynarinfo-nun məlumatına görə, görüş Şotlandiyadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Villiam Kolluma meydançada Fransis Konnor, David Rum kömək edəcək. Dördüncü hakim funksiyasını Nikolas Valş yerinə yetirəcək. Görüşün VAR hakimləri ingiltərəli David Kut və Li Betts olacaq.
 
Qarşılaşma fevralın 24-də Bakı vaxtı ilə saat 00:00-da Belçikanın Gent şəhərindəki "Gent” stadionunda keçiriləcək
 
Səbuhi Həsənov