Bəy və gəlin evliliyin ilk günü gözlənilməz hadisə ilə üzləşiblər
İstanbulda yeni evlənən cütlüyə dostları unudulmaz zarafat edib.
ANS PRESS-in məlumatına görə, şənbə günü gecə saatlarında İstanbulun Başakşəhir rayonu Oyakkənt ərazisində yerləşən evlərdən birində maraqlı hadisə yaşanıb. Belə ki, hadisə toydan evə yollanan cütlüyün başına gəlib. Bəyin dostları onunla zarafat etmək məqsədilə yanğınsöndürən qrupuna zəng edərək yeni evlənən cütlüyün yaşadığı ünvanı verib.
Yanğınsöndürən komandasının ünvana gəlməsilə toy gecəsini yaşayan cütlük bir anlıq şok keçiriblər. Gözlənilmədən evlərinə yanğınsöndürənlərin gəlməsi onları təəccübəndirib. Evdə hər şeyin qaydasında olduğunu izah edən bəy onları yola salıb. Lakin sonradan məlum olub ki, bəyin dostları ona evliliyinin ilk gecəsində unudulmaz bir xatirə yaşatmaq istəyiblər.