Xəbər lenti

Gimnastlarımızdan biri bürünc qazandı, digəri finalda
İdman08:19 05.03.2022

Gimnastlarımızdan biri bürünc qazandı, digəri finalda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qətərin paytaxtı Dohada idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir.
Qaynarinfo-nun məlumatına görə yarışda ölkəmizi Nikita Simonov və İvan Tixonov təmsil edirlər. Yarışların üçüncü günündə gimnastımız Nikita Simonov uğurla çıxış edərək halqa ilə hərəkətlərin icrasında bürünc medal qazanıb.
Digər təmsilçimiz İvan Tixonov da parallel qollar və turnik hərəkətlərinin icrasında finala vəsiqəni təmin edib. İdmançımız martın 5-də finalda mübarizə aparacaq.
Səbuhi Həsənov