Xəbər lenti

Girdikləri evlərdə yeyib-içən oğrular yaxalandı - Türkiyədə
Dünya06:00 13.05.2020

Girdikləri evlərdə yeyib-içən oğrular yaxalandı - Türkiyədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İzmir şəhərində villalara girən "şənlik aşiqi" oğrular geridə saxladıqları dəlillər sayəsində saxlanılıblar.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, girdikləri evlərdə içki içib, məclis  quran oğrular alış-verişlərini yaxınlıqdakı marketlərdən etdikləri üçün özlərini ələ veriblər. Belə ki, mağazaların təhlükəsizlik kameralarına baxış zamanı şübhəlilərin kimliyi müəyyənləşib və 6 nəfər saxlanılıb. İfadələri alınan daha 6 nəfər isə sərbəst buraxılıb.
Saxlanılan şəxslərin evlərinə baxış zamanı oğurladıqları bəzi əşyalar götürülərək, sahiblərinə təslim edilib.
Camal