Xəbər lenti

Gizli yolla Venesuelaya sızmaq istəyən 8 terrorçu öldürüldü
Dünya09:16 04.05.2020

Gizli yolla Venesuelaya sızmaq istəyən 8 terrorçu öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Terror və sui-qəsd törətmək məqsədilə Venesuelaya gizli yolla daxil olmaq istəyən bir qrup muzdlu əsgərin qarşısı alınıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuealnın daxili işlər naziri Nestor Reverol açıqlama verib. O, Kolumbiyadan dəniz yolu ilə ölkəyə girmək istəyən bir qrup silahlı şəxsə qarşı əməliyyat aparıldığını, onlardan 8-nin öldürüldüyü, 2-sinin isə saxlanıldığını bildirib. 
Hökumət silahlıların Kolumbiyadan göndərildiyini və hadisənin arxasında ABŞ-ın olduğunu iddia edir. Kolumbiya Xarici İşlər Nazirliyi isə məsələ ilə əlaqələrinin olduğu yönündəki iddiaları rədd edib.
Camal