Xəbər lenti

Gömrükdə vaxt itkisi olmayacaq - ŞAD XƏBƏR
Ölkə18:08 23.05.2016

Gömrükdə vaxt itkisi olmayacaq - ŞAD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyevin gömrükdə "Yaşıl dəhliz" qaydalarının tətbiqi ilə bağlı fərmanı ölkədə sahibkarlığın inkişafına şərait yaradacaq.
Bunu iqtisadçı-ekspert Pərviz Heydərov Milli.Az-a açıqlasında gömrük məntəqələrində "Yaşıl dəhliz" qaydalarının tətbiqi sistemini şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, ölkəmizdə yeni iqtisadi inkişaf modelinə keçmək qarşıya məqsəd qoyulub. Bunun əsasını isə sahibkarlığı inkişaf etdirmək təşkil edir. Sahibkarlığın inkişafı isə müvafiq şərait yaradılmasını tələb edir. Bu, həm vergi siyasətində, həm gömrük, həm investisiya, həm də bank və maliyyə sektorunda özünü göstərməlidir: "Gömrük sahəsində münasibətlərin sadələşdirilməsi, idxal-ixrac əməliyyatlarının asanlaşdırılması, bu sahədə vaxt itkisi və sair maneələrin aradan götürülməsi kimi məsələlər isə xüsusən vacibdir. Prezidentin "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında fərmanı da məhz bu məqsədə xidmət edir. Sözügedən qaydalar "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli sərəncamının 3.2-ci bəndinin icrası ilə əlaqədar hazırlanıb. Və sənəddə də qeyd olunur ki, gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı münasibətləri tənzimləyir".
P.Heydərov qeyd edib ki, Qaydaların məqsədi isə gömrük rəsmiləsdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsinə nail olmaq və məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsinə, o cümlədən risk qiymətləndirilməsinin nəticələri əsasında, avtomatlaşdırılmış elektron informasiya sisteminin imkanlarından istifadə etməklə, yarana biləcək təhlükənin səviyyəsini əvvəlcədən müəyyən etmək, o cümlədən gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılması xarakteri daşıyır: "Qaydalarda "Yaşıl dəhliz", "Mavi dəhliz", "Sarı dəhliz", "Qırmızı dəhliz", gömrük nəzarəti, risk və onların idarə edilməsi, risk qruplarının müəyyənləşdirilməsi meyarları, avtomatlaşdırılmış elektron informasiya sistemi kimi anlayışlar var ki, bunların hər biri üzrə izaha və yaxud açıqlamaya diqqət yetirsək, bir növ qruplaşdırma əhəmiyyəti daşıdığını görərik. Hər birindən də istifadə tələbləri və qaydaları göstərilib".
İqtisadçının fikrincə, ümumən sözügedən fərman və onunla təsdiq olunan qaydalar gömrük proseduralarının mexanizmini təkmilləşdirəcək: "Bu, ölkədə sahibkarlığın inkişafına şərait yaratmaq üçün bilavasitə gömrük sferasında həyata keçirilməli olan kompleks tədbirlərin tərkib hissəsidir. Bütövlükdə istənilən məqsədə nail olmaq, inhisarçılıq, korrupsiya və digər neqativ halların tam olaraq aradan qaldırılması üçün isə bəzi növ gömrük rüsumlarına da baxılmalıdır, bu sahədə də sadələşdirmələr və qruplaşdırmalar aparılmalıdır".
Qeyd edək ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev mayın 21-də "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları" və onun təsdiq edilməsi barədə fərmanlar imzalayıb.
Qaynarinfo.az