
Gəncə şəhərində Təbriz küçəsinin sakinləri evlərə qazın verilməməsindən şikayət edir.Artıq bir neçə həftədir ki, evlərə qaz verilişi dayandırılıb.
Sakinlərin sözlərinə görə, bu hadisə hər il təkrarlanır. Havalar soyuyan kimi ya qazın miqdarı azaldılır, ya da ümumiyyətlə dayandırılır. Deyirlər ki, bütün qışı odun yandırmaqla evi isidirlər.
Sakinlər Gəncə şəhər Qaz İstismar İdarəsinə də müraciət ediblər. İdarədən isə bir ildir ki, qazın yaxın vaxtlarda veriləcəyini deyirlər."Keçən il idarəyə şikayət etdik. Bizə dedilər ki, yeni qaz xətləri çəkilir. Yaxın vaxtlarda problem həllini tapacaq. Amma belə olmadı. Yenə şikayət etdik. Bu dəfə dedilər ki, gələn il qışa kimi qaz verilişində yaranmış problem tamamilə aradan qaldırılacaq. Amma yenə də vədlərinə əməl etmədilər", deyə sakinlər bildirir.
Sakinlər deyir ki, "smart-kart" tipli sayğaclar quraşdırılsa da qaz verilişində problem həllini tapmır. //musavat.com
Qaynar.info