Xəbər lenti

Dünya 18:40 02.02.2024

“Google”un həmtəsisçisi Larri Peyc 32 milyon dollara ada alıb - “Business İnsider”

"Google”un həmtəsisçisi Larri Peyc Qəraib dənizində, Puerto Riko yaxınlığındakı Cayo Norte adasını satın alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə öz araşdırmasını aparan "Business Insider” məlumat yayıb.

Nəşrin məlumatına görə, Peyc adanı 2018-ci ildə 32 milyon dollara alıb. Kayo Norte adasının sahəsi 1,2 kv.km-dir, bu Puerto Rikonun ən böyük özəl adasıdır.

Qeyd edək ki, Peyc 2019-cu ildə "Google”un sahibi olan "Alphabet Corp”un baş icraçı direktoru vəzifəsindən istefa verib. O, hələ də şirkətin direktorlar şurasının üzvüdür, lakin şirkətin həyatında fəal iştirakdan kənarlaşıb. Kayo Norte adasının alınması Peycin ilk belə alışı deyil. "Business Insider”in məlumatına görə, o, artıq 2014-cü ildə 23 milyon dollara aldığı Kayo Norte yaxınlığındakı iki ada və Fici arxipelaqının bir hissəsi olan Tavarua adası da daxil olmaqla beş adaya sahibdir. Nəşrin məlumatına görə, Peyc adaları ABŞ şirkəti vasitəsilə alır. 

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?