Dünyanın ən böyük axtarış sistemi olan Google-da ingilis dilində axtarışa verilən "world war 3" (3-cü dünya müharibəsi) ifadəsi tarixi rekorda çatıb.
"Qaynar" aznews.az-a istinadən xəbər verir ki, bunu Google Trends nəticələri sübut edib.
Əvvəlcə internet istifadəçiləri ABŞ-ın Suriyanın hərbi bazasına zərbə endirməsi, daha sonra rəsmi Moskvaya cavab bəyanatları narahat etməyə başladı.
Daha sonra bu narahatlıq ABŞ-KXDR münasibətlərində yaranan gərginlik fonunda daha da artdı.
Qaynar.Az