Xəbər lenti

"Google"dan kriptovalyutalara böyük zərbə
Texnologiya09:27 14.03.2018

"Google"dan kriptovalyutalara böyük zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Google" kriptovalyuta və ona bənzər məzmunlu reklamların yayımına qadağa qoyacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə şirkət yeni qərar qəbul edib. Yeni qərara əsasən ikili variantlar daxil olmaqla maliyyə məhsulları ilə bağlı reklamların da yayımı məhdudlaşdırılacaq.
"Google"un sözügedən qərarının ardından Bitkoin təxminən 2 faiz ucuzlaşıb. Rəqib kriptovalyutalar - Ripple və Ether də dəyər itirib.
Xatırladaq ki, "Google" ötən il 3,2 milyondan çox reklamı internetdən çıxarıb.
Qeyd edək ki, "Facebook" sosial şəbəkəsi də yanvar ayında buna bənzər addım ataraq, kriptovalyuta sektorunu iki böyük internet reklam platformasından məhrum etmişdi.