Xəbər lenti

Goranboy rayon sakini özünü bıçaqladı
Ölkə08:40 02.09.2013

Goranboy rayon sakini özünü bıçaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, Goranboy rayon Qazanbulaq kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimov İlham qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olub. Hazırda yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Goranboy rayon Polis Şöbəsindən bildirilib ki, ilkin ifadə zamanı İlham İbrahimov özü özünü bıçaqladığın bildirib. Hazırda fakt üzrə araşdırma aparılır.

Qaynar.info