Xəbər lenti

Goranboyda bir kəndin sakinləri qorxu içində yaşayır
Ölkə14:44 16.01.2015

Goranboyda bir kəndin sakinləri qorxu içində yaşayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Goranboyun Nizami kənd sakinləri səksəkə içindədir. Kənd camaatı transformator və elektrik naqillərinin qəzalı vəziyyətdə olmasına görə qorxu ilə yaşayır. Əhali hər an aşma təhlükəsi olan elektrik dirəklərinin və izolyasiyasız hava xəttinin necə gəldi çəkilməsindən gileylənir. 
"Kəpəz TV"yə danışan şikayətçi Nərminə Quliyeva deyib ki, nabələd adam gələndə buradan keçə bilmir.
Kənd sakini Ramil Əliyev də qeyd edib ki, yoldan istifadə edə bilmirlər. Sevda Namazova isə bir neçə dəfə transformatorda yanğın olduğunu bildirib: “Evdən çıxıb qaçmışıq. Bu, nə vaxta qədər belə olacaq?”
Goranboy Elektrik Şəbəkəsi də vəziyyətdən xəbərdardır. Qarşıdakı həftə ərzində Nizami kəndinin sakinləri üçün yaranan təhlükənin həll ediləcəyi bildirilir. Goranboy Elektrik Şəbəkəsinin baş mühəndisi Anar Hüseynov deyib ki, həmin transformatorun qarşısındakı naqillərin boşalması, bir neçə dayağın əyilməsi ilə bağlı məlumat daxil olub.
A.Hüseynov onu da bildirib ki, Nizami kəndinin elektrik şəbəkəsinə 20 min manatdan artıq borcu var.  
Qaynar.info